"Real"dan inamlı qələbə, "Atletiko"dan gözlənilməz məğlubiyyət

"Real"dan inamlı qələbə, "Atletiko"dan gözlənilməz məğlubiyyət
DÜNYA FUTBOLU 4 Fevral 2019 / 01:59 4854
-  A +

İspaniya La Liqasında 22-ci turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, dünən daha 4 oyun keçirilib. Çempionluğa iddialılardan "Atletiko" gözlənilməz məğlubiyyətlə üzləşib. Madrid klubu səfərə "Betis"ə minimal hesabla uduzub.

Santyaqo Solarinin gəlişindən sonra yavaş-yavaş öz oyununu tapmağa başlayan "Real" isə inamlı qələbə qazanıb. "Kral klubu" doğma "Santyaqo Bernabeu"da "Alaves" komandasını 3:0 hesabı ilə məğlub edib.

Tura bu gün keçiriləcək "Rayo Valyekano" - "Leqanes" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, 22 oyundan sonra 44 xal toplayan "Atletiko" 2-ci, 42 xalı olan "Real" 3-cüdür. Turnir cədvəlinin zirvəsində isə 50 xalla "Barselona" yer alır.


İspaniya La Liqası, 22-ci tur

3 fevral

"Vilyarreal" - "Espanyol" - 2:2
Qollar:
V. İborra, 37, (1:0), S. Kasorla, 65-pen (2:0), D. Bonera, 75(2:1), R. Rosales, 81 (2:2)

"Betis" - "Atletiko" - 1:0
Qol:
S. Kanales, 65-pen

"Eybar" - "Jirona" - 3:0
Qollar:
R. Penya, 37 (1:0), Çarles, 46 (2:0), 57-pen (3:0)

"Real" - "Alaves" - 3:0
Qollar:
K. Benzema, 30 (1:0), V. Junior, 80 (2:0), M. Dias, 90 (3:0)

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi