"Beşiktaş"ın oyununda 8 qol, liderdən səfər qələbəsi

"Beşiktaş"ın oyununda 8 qol, liderdən səfər qələbəsi
DÜNYA FUTBOLU 4 Fevral 2019 / 00:50 3194
-  A +

Türkiyə Superliqasında 20-ci turun daha 3 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, günün ilk matçında "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçin formasını geyindiyi "Ərzurumspor" doğma meydanda "Rizəspor"a uduzub. Lider "Başakşəhər" isə səfərdə "Akhisar"a 3 cavabsız qolla qalib gəlib.

Günün son oyununda isə qapılara 8 top vurulub. Səfərdə "Antalyaspor"un qonağı olan "Beşiktaş" 6:2 hesablı qələbə qazanıb.

Tura sabah yekun vurulacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinin ilk pilləsində 44 xalla "Başakşəhər" yer alıb. 36 xalı olan "Qalatasaray" 2-ci, 3 xal az toplayan "Beşiktaş" isə 3-cüdür.


Türkiyə Superliqası, 20-ci tur

3 fevral

"Ərzurumspor" - "Rizəspor" - 0:1
Qol:
F. Boldrin, 76

"Akhisar" - "Başakşəhər" - 0:3
Qollar:
A. Epureanu, 32 (0:1), Robinyo, 40 (0:2), Demba Ba, 90 (0:3)

"Antalyaspor" - "Beşiktaş" - 2:6
Qollar:
A. Lyayiç, 35-pen (0:1), D. Toköz, 39 (0:2), A. Hatçinson, 43 (0:3), S. Doukara, 51 (1:3), S. Dursun, 67-avtoqol (1:4), S. Kaqava, 82 (1:5), 84 (1:6), Çiko, 89 (2:6)

Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi