"Yuventus"un oyununda 6 qol, "Napoli"dən qələbə

"Yuventus"un oyununda 6 qol, "Napoli"dən qələbə
DÜNYA FUTBOLU 3 Fevral 2019 / 02:15 4646
-  A +

İtaliya A seriyasında 22-ci tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib. "Napoli" evdə "Sampdoriya"nı 3 cavabsız qolla üstələyib.

Lider "Yuventus" "Parma"nı qəbul edib. Qapılara 6 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:3.

"Empoli" - "Kyevo" oyununda da məhsuldar heç-heçə qeydə alınıb - 2:2.

2 fevral

İtaliya. A seriyası, XXII tur

"Empoli" - "Kyevo" - 2:2
Qollar:
Kaputo, 45+2, 52 - Caççerini, 31, Stepinski, 45+1

"Napoli" - "Sampdoriya" - 3:0
Qollar:
Milik, 25, İnsinye, 26, Verdi, 89-pen.

"Yuventus" - "Parma" - 3:3
Qollar:
Ronaldo, 36, 66, Ruqani, 62 - Barilya, 64, Jervinyo, 74, 90+3

Turnir cədvəlinə 60 xalla "Yuventus" başçılıq edir. "Napoli" 51 xalla 2-ci, "İnter" 40 xalla 3-cüdür.


Son xəbərlər
30.09.24  21:29

De Yonq qayıdır

30.09.24  15:53

Kurtua zədələndi