Avropa futbolunda bu günün əsas hadisələri Almaniya bundesliqasının oyunları, həmçinin İngiltərə və Fransada keçiriləcək kubok görüşləridir. Azərbaycanın yeganə qanuni mərc oyunlaır operatoru "Topaz" bu matçlar da daxil olmaqla proqnozsevərlərə ümumilikdə 51 qarşılaşma təklif edir. Bu oyunlardan 31-nə canlı, 14-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinin ən maraqlı oyunu London derbisidir. "Emireyts" arenasında "Arsenal" əzəli rəqiblərindən "Tottenhem"i qəbul edəcək. 17 gün əvvəl tərəflər premyer liqada qarşılaşmış və "Arsenal" öz meydanında 4:2 hesablı qələbə qazanmışdı. Ümumilikdə isə bu tərəflər arasında 184-cü derbi olacaq. Bu görüşlərdən 77-də "Arsenal", 57-də isə "Tottenhem" qələbə qazanıb. Unay Emerinin komandasının 22 oyunluq məğlubiyyətsiz seriyası bir neçə gün əvvəl "Southempton"la görüşdə qırıldı (2:3).
"Arsenal"ın qısa müddətdə ardıcıl 2-ci məğlubiyyəti alacağı inandırıcı görünməsə də, rəqibin "Tottenhem" kimi qol vurmağı bacaran komanda olduğu nəzərə alınmalıdır. Hərçənd statistika "Tottenhem"in səfər qələbəsinə inanmamağı "məsləhət görür". Hotspurlular sonuncu dəfə "Arsenal"ın meydanında 2010-cu ilin noyabrında qələbə qazanıb. Onu da nəzərə almaq lazımdır ki, İngiltərə Liqa Kubokunda növbəti mərhələyə vəsiqənin taleyi bir oyunla həll olunduğundan 90 dəqiqə ərzində qalib müəyyənləşməzsə, əlavə vaxt təyin olunacaq. Burada qalib bilinməzsə, penaltilər seriyası olacaq. "Topaz"da London derbisinə bu əmsallarla canlı və "təkli" mərc edə bilərsiz: "Arsenal"ın qələbəsi 2.50, heç-heçə 3.40, "Tottenhem"in qələbəsi 2.45.
Almaniya bundesliqasında bu axşam keçiriləcək 5 matçın hamısına "Topaz"da "təkli oyun" statusu verilib. Bunlardan ən tez başlayanı saat 21:30-da start fiti səslənəcək "Şalke"-"Bayer Leverkuzen" duelidir. 15 oyuna 15 xal yığan "Şalke" bu axşam qalib gələrsə, özündən 3 pillə öndə - 11-ci sırada qərarlaşan Leverkuzen təmsilçisini keçə bilər. Son 3 turda bundesliqada qələbə qazana bilməyən helzenkirxenlilərin bunu bacarıb-bacarmayacağını axşam biləcəyik. Hələki "Şalke" son 5 ildə evdə "Bayer"ə qalib gələ bilmir. (1 heç-heçə, 3 məğlubiyyət). Görüşün "Topaz"da əmsalları belədir: "Şalke"nin qələbəsi 2.35, heç-heçə 3.10, "Bayer"in qələbəsi 2.50.
Bundan başqa bundesliqada "Bavariya"-"Leypsiq" (kod 588), "Verder"-"Hoffenhaym" (kod 587), Fransa Liqa Kubokunda "Amyen"-"Lion" (kod 578), "Marsel"-"Strasbur" (kod 603), "Dijon"-"Bordo" (kod 600), İngiltərə Liqa Kubokunda isə "Çelsi"-"Bornmut" (kod 591) görüşləri də maraqlı mübarizə vəd edir. Bu oyunların hamısına "Topaz"da "təkli" və canlı mərc etmək mümkündür. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya
www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.