Futbol azarkeşləri və mərc həvəskarları üçün növbəti maraqlı həftəsonu başlayır. Avropanın "top liqaları" da daxil olmaqla bir sıra ölkə çempionatlarında bu gün yeni tura start verilir. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" müxtəlif liqaların oyunlarını ümumiləşdirərək öz müştərilərinə mərc etmək üçün 84 qarşılaşma təklif edir.
Bunlardan 36-sına canlı, 5-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. Canlı və "təkli" mərc edə biləcəyiniz oyunlardan biri "Göztəpə"-"Bursaspor" görüşüdür. Türkiyə superliqasının 16-ıc turunun açılış matçında turnir cədvəlində qonşu olan komandalar İzmirdə üz-üzə gələcək. "Göztəpə" arxada qalan 15 turda heç-heçə oynamayaraq unikal nəticə göstərir. İzmir klubu son 4 turda ardıcıl uduzduğundan cədvəldə xeyli geriləyərək 12-cı sıraya yuvarlanıb. Bursalılar isə 11-ci yerdə qərarlaşıb.
Bu axşam "Göztəpə" qələbə qazanacağı halda tərəflər cədvəldə yerini dəyişəcək. Bəlkə də İzmir təmsilçisinin mövsümdə ilk heç-heçəsi elə bu görüşdə qeydə alınacaq. "Topaz"ın bu duel üçün təklif etdiyi əmsallar: "Göztəpə"nin qələbəsi 2, heç-heçə 2.95, "Bursaspor"un qələbəsi 3.20.
Almaniya bundesliqasında 3 aya yaxındır qələbə qazana bilməyən "Nürnberq" bu axşam öz meydanında "Volfsburq"u qəbul edəcək. Sentyabrın 29-u "Düsseldorf" üzərində qazanılan 3:0 hesablı qələbədən sonra uğur nürnberqlilərdən üz çevirib. Bəlkə də bu tur uğursuz seriyaya son qoyulacaq. Amma sürətlə liderlər qrupuna yaxınlaşan "Volfsburq"un son 3 turda məğlub olmadığını da nəzərə almaq lazımdır. Saat 23:30-da başlayacaq qarşılaşmaya "Topaz"da bu əmsallarla mərc edə bilərsiz: "Nürnberq"in qələbəsi 3.50, heç-heçə 3.25, "Volfsburq"un qələbəsi 1.95.
5 qələbə, 5 heç-heçə, 5 məğlubiyyət - bu, həmahəng statistikanı La Liqanın arxada qalan 15 turunda "Selta" klubu göstərib. Bu tur həmin "beşlərdən" biri dəyişəcək, amma hansı? Viqoluların rəqibi kubok və çempionatda ardıcıl 7 oyundur uduzmayan "Leqanes"dir. Əgər "Selta" axşam öz meydanında uduzarsa, "Leqanes" 16-cı sıradan 12-ci pilləyə qədər irəliləyə bilər. "Topaz"da bu oyuna həm canlı, həm də "təkli" mərc etmək olar. Əmsallar: "Selta"nın qələbəsi 1.70, heç-heçə 3.15, "Leqanes"in qələbəsi 4.
Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!