"Qarabağ"ın mövsümdə son avrokubok oyunu - "Topaz"da bu gün

"Qarabağ"ın mövsümdə son avrokubok oyunu - "Topaz"da bu gün
ETOPAZ 13 Dekabr 2018 / 11:00 2258
-  A +

Bu axşam ilin son avrokubok matçları keçiriləcək. Avropa Liqasında qrup mərhələsinin son turunun 24 qarşılaşması növbəti mərhələyə vəsiqə qazanacaq bütün komandaların adına aydınlıq gətirəcək. Artıq 116 finala çıxmaq şansını itirmiş Azərbaycan çempionu "Qarabağ" üçün isə bu mövsümün son avrokubok oyunu olacaq. Londonda - nəinki qrupun, turnirin favoritlərindən olan "Arsenal"la qarşılaşacaq Ağdam klubunun xal qazanma ehtimalı çox azdır. Bununla belə, azı ötən ilki "Atletiko Madrid" görüşünü yada salıb, sensasiyaya az da olsa ümüd etmək olar. "Arsenal" qrup liderliyini təmin etdiyindən "Qarabağ"la matçda heyətdə bəzi gənc oyunçulara yer veriləcək. Baş məşqçi Unay Emeri bunu açıq şəkildə jurnalistlərə bildirib.  İspan məşqçi təcrübəli futbolçulardan zədəsini sağaldan Loran Koselni və Məsut Özilin də heyətdə yer alacağını açıqlayıb. Hansı heyətlə oynamasındna asılı olmayaraq "Arsenal" "Qarabağ" qarşısında aşkar favorit sayılır. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" bu qarşılaşmaya həm canlı, həm də "təkli"  mərc qəbul edir. Əmsallar: "Arsenal"ın qələbəsi 1.20, heç-heçə 4.80, "Qarabağ"ın qələbəsi 8.45.

Ümumiyyətlə, "Topaz"ın bu günkü proqramında 41 matç yer alıb. Onlardan 30-na canlı, 23-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. "Təkli oyun" statusu verilən qarşılaşmalaırn hamısı Avroliqanın görüşləridir. Burada həlledici xarakter daşıyan oyunların sayı da kifayət qədərdir. İ qrupunda "Beşiktaş"a 116 finala çıxmaq üçün bu axşam "Malmö"dən 1 xal almaq yetərlidir. İsveç təmsilçisinə isə mütləq qələbə lazımdır. "Qara qartallar"da zədə səbəbindən Pepe, Enzo Roco, Rayan Babel və Caner Erkin meydana çıxmayacaq. İndiyədək "Malmö" ilə keçirdiyi 5 dueldən yalnız birini qazanan "Beşiktaş"ı  bu axşam da ağır oyun gözlədiyi şübhə doğurmur. "Topaz"da qarşılaşmaya bu əmsallarla mərc edə bilərsiz: "Beşiktaş"ın qələbəsi 1.60, heç-heçə 3.60, "Malmö"nün qələbəsi 4.80.

G qrupunun "Villareal"-"Spartak" görüşü də həlledici əhəmiyyət daşıyır. İspanlar 5 oyundan 7 xalla qrup lideridir. Moskva klubu son sırada qərarlaşsa da, liderdən cəmi 2 xal geri qalır. Yəni, bu axşam "Spartak"  səfərdə qalib gələrsə, pley-off mərhələsinə vəsiqəni təmin edəcək. Heç-heçə "Villareal"ın xeyrinə olacaq. Eyni sözləri bu qrupdakı digər oyun -  "Rapid Vyana" - "Qlazqo Reyncers" matçı haqda da demək olar. 7 xal toplayan "Rapid"i heç-heçə də qane edir. Qlaqolulara isə yalnız qələbə lazımdır. Hər iki qarşılaşmaya "Topaz"da canlı və "təkli" mərc edə bilərsiz. Əmsallar: "Villareal"ın qələbəsi 1.45, heç-heçə 3.80, "Spartak"ın qələbəsi 5.20. "Rapid"in qələbəsi 2.20, heç-heçə 3.15, "Qlazqo Reyncers"in qələbəsi 2.65.

Bunlardan başqa axşamkı oyunlar arasında daha bir neçə prinsipial matç var ki, onların hamısına "Topaz"da canlı və "təkli" mərc etmək olar. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.

Son xəbərlər
22.12.24  10:16

Daha 5 il "Bayer"də

21.12.24  17:52

Tovuzda heç-heçə