"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal" ciddi itki ilə üzləşib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə Premyer Liqasının 15-ci turunun "Mançester Yunayted"lə səfər oyununda (2:2) zədələnən Rob Holdinqin durumu ciddidir. Komandanın baş məşqçisi Unai Emeri dünən matçdan sonra keçirilən mətbuat konfransında bildirib ki, gənc müdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qala bilər:
"Bizin üçün ən pis hadisə Holdinqin zədələnməsi oldu. Həkimlərin nə deyəcəyini gözləyirik. Amma bu ciddi zədə ola bilər. Çünki diz nahiyyəsidir, uzun müddət oynamaya bilər".
"Mançester Yunayted"lə qarşılaşmada zədə alan digər futbolçu Aaron Remsinin durumuna da aydınlıq gətirən ispan məşqçi uelsli yarımmüdafiəçi ilə bağlı ciddi problem olmadığını söyləyib.
Emeri uzun müddətdir zədədən əziyyət çəkən komandanın əsas müdafiəçisi, eyni zamanda kapitanı Loran Koselni haqda da danışıb. Təcrübəli mütəxəssis fransalı futbolçunun Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Qarabağ"la keçirəcəkləri oyunda meydana çıxa biləcəyini deyib:
"Loran demək olar ki, oynamağa hazırdır. Nə vaxt meydana çıxa bilər? Bu haqda düşünürük. Dəqiq deyə bilmərəm, amma bu həftəsonu Premyer Liqada "Haddersfild"lə matçda forma geyinə bilər. "Qarabağ"la oyuna kimi isə tam hazır olacaq. Bu, onun üçün zədədən sonra yaxşı başlanğıc ola bilər".
Qeyd edək ki, dekabrın 13-də keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim