"Yuventus"un müdafiəçisi iki ay müddətinə sıradan çıxdı

"Yuventus"un müdafiəçisi iki ay müddətinə sıradan çıxdı
DÜNYA FUTBOLU 4 Dekabr 2018 / 20:00 1633
-  A +

"Yuventus"un futbolçusu Andrea Barzagli zədələnib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, onun zədə səbəbindən 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, 37 yaşlı müdafiəçi ölkə çempionatında "İnter", "Roma", "Torino" və Superkubokda "Milan"la matçları buraxacaq.

Qeyd edək ki, A.Barzagli bu mövsüm bütün turnirlərdə ümumilikdə 200 dəqiqə meydanda olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner