Klopp cərimələndi

Klopp cərimələndi
DÜNYA FUTBOLU 4 Dekabr 2018 / 18:36 3507
-  A +

İngiltərə Futbol Federasiyası "Liverpul" baş məşqçisi Yurgen Kloppu 8 min funt sterlinq (təxminən 9 min avro) məbləğində cərimələyib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun Premyer Liqanın 14-cü turunda "Everton"a 1:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi hərəkət səbəb olub. Klopp Divok Oriqinin qələbə qolundan sonra meydançaya qaçıb və qapıçı Alison Bekkeri qucaqlayıb.  Matçdan sonra alman mütəxəssis etdiyi hərəkətə görə üzr istəyib. 

Federasiya belə hal yenidən təkrarlanacağı təqdirdə, Kloppa daha ağır cəza veriləcəyi ilə bağlı xəbardarlıq edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner