"Atletik"də baş məşqçi dəyişikliyi

"Atletik"də baş məşqçi dəyişikliyi
DÜNYA FUTBOLU 4 Dekabr 2018 / 16:35 1898
-  A +

“Atletik” klubu baş məşqçisi Eduardo Berizzo ilə yollarını ayırıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, buna komandanın uğursuz çıxışları səbəb olub. Boş qalan vəzifəyə “Atletik” B komandasını çalışdıran Qaizka Qaritano gətirilib.

Qeyd edək ki, mövsümün əvvəlindən komandanı çalışdıran Berizzonun rəhbərliyi altında Bilbao təmsilçisi 14 turdan sonra sadəcə bir qalibiyyət alaraq  11 xalla 18-ci pillədə qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner