"Lokomotiv"in futbolçusu donaraq öldü

"Lokomotiv"in futbolçusu donaraq öldü
DÜNYA FUTBOLU 4 Dekabr 2018 / 13:00 4659
-  A +

Moskva “Lokomotiv”nin 18 yaşlı futbolçusu Aleksey Lomakin həyatını itirib.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi “Tvitter” hesabı məlumat yayıb.

Rusiya mətbuatı yazıb ki, tibbi ekspertizadan sonra gənc futbolçunun don vurmadan öldüyü bəlli olub. Dostunun verdiyi açıqlamada Lomakinin ölümündən əvvəl spirtli içki də qəbul etdiyini deyib.

Qeyd edək ki, A.Lomakin Moskva klubunun 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü idi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner