“Daha nə etməliyəm ki, “Qızıl top”u qazanım?” – Qrizmann

“Daha nə etməliyəm ki, “Qızıl top”u qazanım?” –  Qrizmann
DÜNYA FUTBOLU 4 Dekabr 2018 / 12:05 3114
-  A +

“Məyus deyiləm. Fəxr edirəm ki, səhnəyə  dünya çempionu kimi çıxdım. Ümid edirəm ki, gələcəkdə Modriçin uğurunu millidə və ya klubumda komanda yoldaşım olan bir futbolçu təkrarlayacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Atletiko”nun hücumçusu Antuan Qrizmann “goal.com”a açıqlamasında deyib.

“Real”ın futbolçusu Luka Modriçin qazandığı “Qızıl top” mükafatının sıralamasında 3-cü olan Fransa millisinin üzvü birinci olmaq üçün hər şey etdiyini xatırladıb:  “Mən 2018-ci ildə dünya çempionatının və Avropa Liqasının qalibi olmuşam. Daha nə etməliyəm ki, “Qızıl top”u qazanım?"

Xatırladaq ki, Qrizmann bu il üç titul qazanıb - dünya çempionatı, Avropa Liqası və UEFA Superkuboku.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?