"Sportinq"dən növbəti qələbə

"Sportinq"dən növbəti qələbə
DÜNYA FUTBOLU 4 Dekabr 2018 / 09:38 1156
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq" Portuqaliya Premyer Liqasında növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Lissabon təmsilçisi 11-ci turda səfərdə "Riu Ave"ni məğlub edib - 3:1.  “Sportinq”in qollarını  Brunu Fernandeş (dəq.8) Bas Dost (23) və Jovane Kabral (72) vurub. Meydan sahiblərindən isə 12-ci dəqiqədə Joao Şmidt fərqlənib.

Qələbə sayəsində xallarını 25-ə çatdıran "Sportinq"  2-ci pillədəki mövqeyini qoruyub. 

Qeyd edək ki, "Sportinq" "Qarabağ"ı Lissabonda 2:0, Bakıda isə 6:1 hesabı ilə üstələyib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner