“Daha asan və ya daha çətin qrupa düşə bilərdik. İkinci oldu. Burada oynamaq olar, amma uğursuzluq da istisna deyil”.
Qol.az-ın məlumatına görə, bu sözləri Slovakiya millisinin müdafiəçisi Martin Şkrtel yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib. AÇ-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirən təcrübəli futbolçu qrupdakı rəqiblər haqda danışıb:
“Xorvatiya aşkar favoritdir. Uels, Slovakiya və Macarıstan təxminən bərabər səviyyəli komandalardır. Yığmaların, futbolçuların oyunlar vaxtı hansı formada olması həlledici rol oynayacaq. Uels haqda nə deyə bilərik, çox şey komandanın aparıcı üzvü Qaret Beyldən asılıdır. Bununla yanaşı, yığmanın bir çox üzvləri İngiltərə Premyer Liqasında oynayırlar. Macarlarla oyunlarımız derbi xarakteri daşıyacaq. Çünki onların oyun üslübü çexlərə bənzəyir və tamaşaçılar üçün maraqlı olacaq. Ancaq Azərbaycanı da unutmaq olmaz. Heç də münasib rəqib deyil. AÇ-2020-nin bəzi oyunları Bakıda keçiriləcəyindən onlar final mərhələsinə yüksəlmək üçün mümkün olan hər şeyi edəcəklər”.
Qeyd edək ki, Slovakiya millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Uels və Macarıstanla birlikdə E qrupunda mübarizə aparacaq.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi