İspaniya La Liqasında 14-cü turun oyunları keçirilir.
Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 görüş olub. “Betis” doğma meydanda “Real Sosyedad”ı minimal hesabla üstələyib. “Atletiko” isə “Jirona” səfərində vacib 2 xal itirib – 1:1.
Zirvə yarışını yaxından maraqlandıran oyunda “Barselona” evdə “Vilyarreal”la üz-üzə gəlib. 35-ci dəqiqədə Jerar Pike, 87-ci dəqiqədə isə Karles Alenyanın qolları kataloniyalılara qələbə qazandırıb. Bu nəticədən sonra Ernesto Valverdenin komandası liderliyə yüksəlib.
“Sevilya” isə səfərdə “Alaves”lə üz-üzə gəlib. 2 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Meydan sahiblərinin heyətində 37-ci dəqiqədə Coni fərqlənib. Qonaqları məğlubiyyətdən xilas edən qola isə 78-ci dəqiqədə Vissam Ben Yedder imza atıb.
Tur bugünkü “Levante” – “Atletik” matçı ilə yekunlaşacaq.
Qeyd edək ki, son nəticələrdən sonra “Barselona” 28 xalla 1-ci, ondan 1 xal az toplayan “Sevilya” isə 2-cidir. 3-cü pillədəki “Atletiko”nun 25 xalı var. “Alaves” 24 xalla 4-cü, “Real” isə 23 xalla 5-ci sırada yer alır.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi