"Beşiktaş" "Qalatasaray"ı udub, 3-cü sıraya yüksəldi

"Beşiktaş" "Qalatasaray"ı udub, 3-cü sıraya yüksəldi
DÜNYA FUTBOLU 3 Dekabr 2018 / 00:08 3934
-  A +

Türkiyə Superliqasında 14-cü turun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma keçirilib. Turun mərkəzi görüşü İstanbulda olub. Şəhərin iki nəhəngi – “Beşiktaş” və “Qalatasaray”  “Vodafon Arena”da münasibətlərinə aydınlıq gətiriblər. Derbinin taleyini 1 qol həll edib. Adem Lyayiçin 18-ci dəqiqədə penaltidən vurduğu qol “Beşiktaş”a minimal hesablı qələbə qazandırıb.

Bu nəticədən sonra  xallarının sayını 24-ə yüksəldən “qara qartallar” eyni xala malik “Qalatasaray”ı qabaqlayaraq 3-cü pilləyə yüksəliblər. Turnir cədvəlinə isə 30 xalla “Başakşəhər” başçılıq edir. 2-ci pillədə 25 xalı olan “Kasımpaşa” yer alıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Fənərbaxça” – “Kasımpaşa” və “Yeni Malatyaspor” – “Akhisarspor” oyunları ilə yekun vurulacaq.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?