"Liverpul" son dəqiqə qolu ilə qələbə qazandı

"Liverpul" son dəqiqə qolu ilə qələbə qazandı
DÜNYA FUTBOLU 2 Dekabr 2018 / 22:10 3275
-  A +

İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, turun son oyununda "Liverpul" və "Everton" klubları üz-üzə gəliblər. Mersisayd derbisinin taleyini 1 qol həll edib. "Liverpul"un heyətində Divok Oricinin 90+6-cı dəqiqədə vurduğu qol meydan sahiblərinə vacib qələbə qazandırıb. Bu nəticədən sonra xallarının sayını 36-ya yüksəldən "Liverpul" 2-ci pillədəki yerini qoruyub.

Qeyd edək ki, turnir cədvəlinə 38 xalla "Mançester Siti" başçılıq edir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner