Şeydayevin komandasının oyunu təxirə düşdü

Şeydayevin komandasının oyunu təxirə düşdü
DÜNYA FUTBOLU 1 Dekabr 2018 / 17:20 1893
-  A +

Rusiya Premyer Liqasında 16-cı turun bir oyunu  təxirə salınıb.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov"un “Orenburq”la səfər matçı əlverişsiz hava şəraiti səbəbindən baş tutmayıb.

Orenburqdakı "Qazovik" stadionunda keçirilməli olan qarşılaşmanınn startına yaxın temperatur -17 dərəcəyə enib. Premyer Liqanın reqlamentinə görə havanın temperaturu mənfi 15 dərəcədən aşağı düşərsə, klublar oyunun keçirilməsindən imtina edə bilər.

Görüşün keçirilmə vaxtı haqda məlumat verilməyib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner