Dekabr istirahət günləri, həftəsonu ilə başlayır. Azarkeş və proqnozsevərlər üçün isə futboldan gözəl istirahət ola bilməz. Şənbə-bazarın futbol keyfinı çıxarmaq, həm də qazanmaq üçün "Topaz" var. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru həftəsonu öz müştərilərinə 700-ə yaxın qarşılaşma təklif edir. İki gün ərzində "Topaz" müştəriləri ümumilikdə 100-dən artıq matça canlı və "təkli" mərc edə bilər. Bu görüşlər arasında adı xüsusi diqqət çəkən bir neçə oyun var ki, onlara həm azarkeşlərin, həm də bukmekerlerin gözü ilə baxaq.
1 dekabr, 18:30. "Verder"-"Bavariya"
"Bavariya" hazırda yaralı aslanı xatırladır. Komanda son 3 turda bundesliqada qalib gələ bilmir: doğma "Alyans Arena"da "Frayburq" (1:1) və "Fortuna" (3:3) ilə heç-heçələr, üstəlik prinsipial rəqibi "Borussiya Dortmund"a məğlubiyyət (2:3). Hətta ÇL-də "Benfika" üzərində darmadağın da (5:1) maksimalist münhenli fanatlaır sakitləşdirməyib. "Verder"in də vəziyyəti fərqli deyil. 7-ci sıradakı bremenlilər son 4 turda qələbə üzünə həsrətdir. "Bavariya"ya qalib gələcəyi halda "Verder" 4-cü sıranı Münhen klubundan ala bilər. Hərçənd bu o qədər də real görünmür. Bremen təmsilçisi sonuncu dəfə evdə "Bavariya"nı 2006-cı ilin oktyabrında məğlub edib. Prinsipial rəqiblərin duelinə "Topaz"ın təklif etdiyi əmsallar: "Verder"in qələbəsi 5.95, heç-heçə 4.30, "Bavariya"nın qələbəsi 1.35.
1 dekabr, 21:00. "Fiorentina" -"Yuventus"
Son 5 turda ardıcıl heç-heçə oynayan "Fiorentina" A seriyasının yeganə məğlubedilməz komandasını qəbul edəcək. Florensiyalılar oyuna zədəli Pyaca və Pezellasız çıxacaq. "Yuve"də isə Emre Can və Sami Hedira zədəlidir. "Yuventus" həftəiçi ÇL-də "Valensiya" ilə ağır oyun keçirsə də, çətin Florensiya səfərində aşkar favorit olaraq görülür. "Topaz"ın əmsallrı: "Fiorentina"nın qələbəsi 5.20, heç-heçə 3.65, "Yuventus"un qələbəsi 1.60.
1 dekabr, 23:45. "Real Madrid" - "Valensiya"
Hansı vəziyyətdə olmağına baxmayaraq görüşləri hər zaman böyük maraq doğuran iki komandanın dueli. Bu mövsüm qeyri-stabil oynayan "Real" ötən tur şok məğlubiyyətlə azarkeşlərini üzüb. Söhbət "Eybar"a 0:3 hesablı ağır məlubiyyətdən gedir. Düzdür, bundan sonra "Kral Klubu" Çempionlar Liqasında səfərdə "Roma" üzərində qələbə (2:0 ) ilə fanatlarının könlünü müəyyən qədər aldı. Amma hazırda qərarlaşdığı 6-cı sıranı azarkeşləri "Real"a heç cür yaraşdırmır. La Liqada bu mövsün ən çox (8 dəfə) heç-heçə edən iki komandadan biri olan "Valensiya"nın da işləri qaydasında deyil. "Yarasalar" liderlər qrupundan 10 xal geri qalmaqla 11-ci yerdədir. "Real"ı səfərdə məğlub edəcəyi halda "Valensiya" cədvəldə azı 3-4 pillə irəliləyə bilər. Amma bu da var ki, valensiyalılar "Santyaqo Bernabeu"da sonuncu qələbəsini 10 il əvvəl qazanıb. Tərəflər arasında son 10 qarşılaşmanın hamısı "üst" bitib. Son 14 matçda isə azı 2 qol qeydə alınıb. "Real"da Naço və Kazemiro, "Valensiya"da isə Garay zədə səbəbindən oynamayacaq. "Topaz"da bu maraqlı qarşılaşmaya canlı və "təkli" mərc edə bilərsiz. Əmsallar: "Real Madrid"in qələbəsi 1.40, heç-heçə 4.10, "Valensiya"nın qələbəsi 5.45.
2 dekabr, 17:30. "Feyenoord" - "PSV Eyndhoven".
Hollandiyanın iki köklü klubu üz-üzə. Keçirdiyi 13 oyunun hamısında qalib gəlməklə unikal nəticəyə imza atan PSV vahid liderdir. 3-cü sıradakı "Feyenoord" liderdən 13 xal geri qalır. Amma bunun o qədər də əhəmiyyəti yoxdur. Tərəflərdən biri hətta autsayderlər qrupunda olsa belə, meydanda güzəştsiz mübarizə gedəcəyi şübhə doğurmur. Rotterdam-Eyndhoven qarşıdurmasına "Topaz"da həm canlı, həm "təkli" mərc edə bilərsiz. "Feyenoord"un qələbəsi 2.70, heç-heçə 3.10, PSV-nin qələbəsi 2.00.
2 dekabr, 18:05. "Arsenal"-"Tottenhem"
"Tottenhem" ardıcıl 2-ci tur London derbisinə çıxacaq. Ötən həftə derbidə "Çelsi"yə dərs keçən hotspurlular bu dəfə gücünü əla mövsüm keçirən "Arsenal"a göstərməlidir. Həmin "Arsenal" ki, avqustun 18-dən bəri keçirdiyi 18 matçın (Avroliqa da daxil olmaqla) heç birində uduzmayıb. "Tottenhem" isə ÇL də daxil olmaqla ardıcıl 6 oyundur meydanı qələbə ilə tərk edir. "Arsenal" qalib gələrsə, 3-cü sıradakı "Tottenhem"lə xalını bərabərləşdirəcək. "Topaz"da London derbisnin əmsalları belədir: "Arsenal"ın qələbəsi 2.40, heç-heçə 3.35, "Tottenhem"in qələbəsi 2.55.
Bundan başqa bazar günü Mersisayd derbisi, "Liverpul"-"Everton" görüşünə və İtaliya A seriyasının maralı görüşlərindən sayılan "Roma"-"İnter" matçına da "Topaz"da mərc etməklə həyəcan qata bilərsiz. Təklif bizdən, dəyərləndirmək sizdən. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu
Kot d'İvuar - Norveç: Heyətlər
İstefa dalğası bu dəfə ona doğru gəlir
İspaniya millisinin müdafiəçisi “Atletiko”ya keçdi
Mundialın oyun günləri ABŞ-da dəhşətli isti gözlənilir
Oğlunu bağrına basıb hönkür-hönkür ağladı - Video
1-ci və 2-ci liqada mövsümün başlama tarixi açıqlandı
"Sabah"dan ayrıldı, Rusiya klubuna keçir
"Neftçi" Sloveniya toplanışına start verdi
Kasilyasdan futbol qaydaları ilə bağlı maraqlı təklif
"Karvan Yevlax"dan "Səbail"ə
Azərbaycan millilərində məşqçi dəyişiklikləri
"Qəbələ" konqolu futbolçu transfer etdi
"İnter"də daha üç ayrılıq - Rəsmi
Asim Xudiyevə yeni mövsümün ilk təyinatı
“Turan Tovuz” rəsmisi: “Fənərbaxça” seçimi təsadüfi deyil”
Türkiyədə legioner limiti dəyişmədi
"İnter" Yan Zommerlə yolları ayırdı
Azərbaycanda bu şəhərin iki klubu birləşdirildi
"İranın mundialdan getməsinə görə sevindim, rəqs etdim"
İbrahimoviç Kumanı sərt tənqid etdi
“Qarabağ” 1 milyon avroya müdafiəçi alır - Macar mediası
Paraqvay Almaniyaya belə qalib gəldi - Video
Naqelsman: "İstefa vermirəm"
Qələbədən sonra bütün komanda səcdə etdi - Şəkil
Levandovskinin yeni klubu rəsmən açıqlandı
Paraqvayda millinin uğuruna görə tətil elan edildi
DÇ-2026: 1/8 finalın ilk cütü müəyyənləşdi
Braziliyanı 1/8 finala aparan qələbə - Video
Almaniya mundialla vidalaşdı - DÇ-2026-da sensasiya
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
“Bu heyət dünya çempionu olmağa qadirdir” - Kazemiro
“İmişli”ni I Liqa klubuna dəyişdi
Braziliya millisinin seriyası davam edir
U-17 millimiz Tacikistana məğlub olub
Braziliya - Yaponiya oyununun ən yaxşısı kim seçildi?
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır