Messi 1 qolla 2 rekorda imza atdı

Messi 1 qolla 2 rekorda imza atdı
DÜNYA FUTBOLU 29 Noyabr 2018 / 15:05 3648
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi yeni rekordlara imza atıb.

Qol.az xəbər verir ki, argentinalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSV ilə səfər oyununda (2:1) komandasının ilk qolunu vuraraq “Barselona” forması ilə ÇL-də 106-cı qoluna imza atıb. O, bununla da, bir komanda ilə ÇL-də ən çox qol vuran futbolçu olub.

Buna qədər ÇL-də bir komanda ilə ən çox qol vuran futbolçu Kriştiano Ronaldo idi. “Yuventus”un portuqaliyalı hücumçusu “Real” forması ilə 105 qol vurmuşdu.

Bundan başqa, Messi ÇL-in qrup mərhələsində ən çox qol vuran futbolçu adına da yiyələnib. O, qrup mərhələsindəki qollarını 66-ya çatdırıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner