“Barselona”dan yeni rekord

“Barselona”dan yeni rekord
DÜNYA FUTBOLU 29 Noyabr 2018 / 12:15 3232
-  A +

“Barselona” daha bir rekorda imza atıb.

Qol.az-ın xəbərinə görə, Kataloniya klubunun rekordu Çempionlar Liqasının qrup mərhələsinin PSV ilə səfər oyununda qeydə alınıb.

Ernesto Valverdenin komandası 2:1 hesabı ilə qalib gəlməklə qrup birinciliyini rəsmiləşdirib. Bununla da, “Barselona” 20-ci dəfə ÇL-də öz qrupunun qalibi olub ki, indiyədək heç bir klub bu uğura nail olmayıb.

Qeyd edək ki, "Barselona" yalnız 3 dəfə ÇL-in qrup mərhələsini lider kimi tamamlamayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner