“Beşiktaş” Norveçə 9 itki ilə yollanır – Siyahı

“Beşiktaş” Norveçə 9 itki ilə yollanır –  Siyahı
DÜNYA FUTBOLU 28 Noyabr 2018 / 17:13 2315
-  A +

“Beşiktaş”ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sarpsborq"la oyun üçün heyəti müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul klubu Norveçə 19 futbolçu ilə yollanıb. Heyətdə 9 itki var. Pepe, Qari Medel, Rikardo Kuarejma zədə səbəbindən, Rayan Babel isə baş məşqçi Şenol Günəşlə münaqişə yaşadığı üçün səfərə aparılmayıb.


Qapıçılar: Tolqa Zəngin, Loris Karius, Utku Yuvakuran.

Müdafiəçilər: Adriano Korrea, Necip Uysal, Domaqoy Vida, Caner Erkin, Fatih Aksoy.

Yarımmüdafiəçilər: Dorukhan Toköz, Oğuzhan Özyakup, Adem Layiç, Ərdəm Seçgin, Jermeyn Lens.

Hücumçular: Mustafa Pektemek, Klayn Larin, Vaqner Lav, Erdoğan Kaya, Oğuzhan Akgün, Rıdvan Yılmaz.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?