Millidə yeni baş məşqçi

Millidə yeni baş məşqçi
DÜNYA FUTBOLU 28 Noyabr 2018 / 13:28 2127
-  A +

Sloveniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın yerli federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanı Matyaj Kek çalışdıracaq. O, ötən ay istefa verən Tomaş Kovaçiçi əvəzləyib.

Qeyd edək ki, 2007-11-ci illərdə də milliyə rəhbərlik edən Matyaj Kek komandanı DÇ-2010-un final mərhələsinə çıxarıb. Son olaraq Xorvatiyanın “Riyeka” klubunu çalışdıran Kek 2017-ci ildə bu komanda ilə çempionluq secinci yaşayıb.

Xaqtırladaq ki, Sloveniya yığması Millətlər Liqasının C liqasında uğursuz çıxış edərək aşağı dəstəyə yuvarlanıb.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?