"Bavariya"dan ÇL-də yubiley qolu

"Bavariya"dan ÇL-də yubiley qolu
DÜNYA FUTBOLU 28 Noyabr 2018 / 13:05 1594
-  A +

“Bavariya” UEFA Çempionlar Liqasında 450 qol həddini keçib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Bundesliqa təmsilçisi ÇL-nin qrup mərhələsinin 5-ci turunda dünən “Benfika”nı məğlub etdiyi oyunda (5:1) buna nail olub.
 
Aryen Robbenin ikinci qolu “Bavariya”nın bu turnirdə 450-ci qolu kimi tarixə düşüb.  Almanlar dünənki qələbə ilə ümumi qollarının sayını 453-ə çatdırıb.

Qeyd edə ki, “Bavariya”nı bu göstəricidə yalnız İspaniyanın “Real” (546) və “Barselona” (487) klubları qabaqlayır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner