Ronaldonun 100-cü qələbəsi - ÇL-də ilk

Ronaldonun 100-cü qələbəsi - ÇL-də ilk
DÜNYA FUTBOLU 28 Noyabr 2018 / 09:46 2758
-  A +

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda  "Valensiya" ilə oyun (1:0) əlamətdar olub.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu matçla portuqaliyalı hücumçu ÇL-də 100-cü qələbəsini qazanıb. Beləliklə, Ronaldo bunu bacaran ilk oyunçu olub.

Qeyd edək ki, K.Ronaldo "Valensiya" ilə görüşdə Mario Mandzukiçin vurduğu yeganə qolun ötürməsini verib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner