Libertadores kubokunun finalı nə vaxt keçiriləcək?

Libertadores kubokunun finalı nə vaxt keçiriləcək?
DÜNYA FUTBOLU 27 Noyabr 2018 / 21:24 1832
-  A +

Libertadores kubokunun finalının "River Pleyt" və "Boka Xuniors" komandaları arasında keçiriləcək cavab görüşünün vaxtı müəyyənləşib.

Qol.az-ın xəbərinə görə,  bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilib ki, qarşılaşma dekabrın 8 və ya 9-da keçiriləcək. Argentina klublarının görüşünün yeri barədə  məlumat verilməyib. Oyunun Argentinadan kənarda keçirilməsi gözlənilir.

Xatırladaq ki,  komandalar arasında noyabrın 11-də keçirilmiş ilk matçda 2:2 hesabı qeydə alınmışdı.  Noyabrın 24-də keçirilməli olan cavab görüşü isə azarkeşlərin "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum etməsi ilə əlaqədar təxirə salınıb.

Son xəbərlər
topaz banner