"Mən "döyüşçü"yəm, lüğətimdə ağ bayraq ifadəsi yoxdur" - Kovaç

"Mən "döyüşçü"yəm, lüğətimdə ağ bayraq ifadəsi yoxdur" -  Kovaç
DÜNYA FUTBOLU 26 Noyabr 2018 / 21:30 2201
-  A +

“Futbolçularla münasibətim normaldır. Onlar mənə hər şeyin yaxşı olduğunu deyirlər”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Bavariya”nın baş məşqçisi Niko Kovaç Bundesliqanın son turunda “Fortuna” ilə keçirilən oyundan (3:3) sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis onun klubdakı gələcək taleyinin Çempionlar Liqasının qrup mərhələsində “Benfika” ilə keçiriləcək görüşdən asılı olacağı ilə bağlı xəbərlərə münasibət bildirib. O, “Benfika” ilə matç “Bavariya”da son oyununuz olacaq?” sualını belə cavablandırıb: “Yox, məni tannıyanlar bilir ki, “döyüşçüyəm”. Mənim lüğətimdə ağ bayraq sözü yoxdur”.

Qeyd edək ki, bir müddətdir Almaniya mətbuatında Kovaçın istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılır. Onun komandası hazırda 21 xalla 5-ci pilldə qərarlaşıb və lider Dortmund "Borussiyası"ndan 9 xal geri qalır.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?