La Liqada lider dəyişdi

La Liqada lider dəyişdi
DÜNYA FUTBOLU 26 Noyabr 2018 / 02:46 4652
-  A +

İspaniya La Liqasında 13-cü turun görüşləri davam edir.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma keçirilib. "Atletik" doğma meydanda "Hetafe" ilə 1:1 hesablı heç-heçəyə razılaşıb. Dünən "Barselona"nın "Atletiko" ilə oyunda büdrəməsindən (1:1) lazımınca yararlanan "Sevilya" evdə "Valyadolid"i məğlub edərək (1:0) xallarının sayını 26-ya çatıdırıb və liderliyə yüksəlib.

"Espanyol" azarkeşləri önündə "Jirona"ya 1:3 uduzub. "Vilyarreal" isə "Betis"i 2:1 hesabı ilə məğlub edib.

Tura sabah keçiriləcək "Real Sosyedad" - "Selta" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, "Sevilya"dan 1 xal az toplayan "Barselona" 2-cidir. "Atletiko" isə 24 xalla 3-cü pillədə yer alır.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?