"Milan" "Latsio", "Napoli" autsayderlə bacarmadı

"Milan" "Latsio", "Napoli" autsayderlə bacarmadı
DÜNYA FUTBOLU 26 Noyabr 2018 / 02:31 2503
-  A +

İtaliya A Seriyasında 13-cü turun daha 6 oyunu keçirilib.

Qol.az-ın məlumatına görə, səfərdə "Latsio"nun qonağı olan "Milan" 78-ci dəqiqədə Frank Kessinin vurduğu qolla hesabda önə çıxsa da, qələbəni əldən verib. Xoakin Korrea 90-cı dəqiqədə fərqlənərək, qonaqların sevinməsinə imkan verməyib - 1:1.

Çempionluğa iddialılarından "Napoli" də turu xal itkisi ilə başa vurub. Karlo Ançelottinin komandası doğma meydanda autsayder "Kyevo"nun müqavimətini qıra bilməyib. Görüşqolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 37 xalla "Yuventus" başçılıq edir. "Napoli" 29 xalla 2-ci, ondan 1 xal az toplayan "İnter" 3-cü sırada qərarlaşıb. 4-cü pillədəki "Latsio"nun 23, 5-ci olan "Milan"ın isə 22 xalı var.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?