Bundesliqada 12-ci tura yekun vuruldu

Bundesliqada 12-ci tura yekun vuruldu
DÜNYA FUTBOLU 26 Noyabr 2018 / 01:40 1391
-  A +

Almaniya bundesliqasında 12-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib. "Frayburq" - "Verder" görüşündə qalib müəyyənləşməyib - 1:1. Luka Voldşmitd 42-ci dəqiqədə meydan sahiblərini hesabda önə çıxarsa da, Lyüdviq Auqustinson 90-cı dəqiqədə Bremen təmsilçisini məğlubiyyətdən xilas edib.

Günün son oyununda isə "Borussiya" doğma azarkeşləri qarşısında "Hannover"ə böyük hesabla qalib gəlib. Münhenqladbax təmsilçisinin qollarını Torqan Hazard (7-ci dəqiqə), Mixael Lanq (44), Lars Ştindl (58) və Denis Zakariya (77) vurublar. Qonaq komandanın heyətində isə 1-ci dəqiqədə Bobbi Vud fərqlənib.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 26-ya yüksəldən "Borussiya" 2-ci sıradakı yerini qoruyub. Münhenqladbaxlıları zirvədəki Dortmund "Borussiya"sından 4 xal ayırır. 23 xallı "Ayntraxt" 3-cü, ondan 1 xal az toplayan "Leyptsiq" 4-cüdür. "Bavariya" isə 21 xalla 5-ci pillədə yer alır.

Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?