"Start heyətdə meydana çıxacağımı oyundan bir neçə gün əvvəl bilirdim. Əlbəttə, həyəcanlı idim. Amma tez də keçdi. Start fitindən sonra özümü tamamilə oyuna köklədim".
Qol.az-ın məlumatına görə, bu sözləri "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev klubun rəsmi saytına açıqlamasında deyib. Rusiya Premyer Liqasının 15-ci turunda Moskva "Spartak"lna səfər məğlubiyyətini (1:3) şərh edən milli komandamızın üzvü görüşün baş hakimini ədalətsiz qərarlar verməkdə günahlandırıb. Şeydayev hətta bir epizodda ötürməsindən sonra topun rəqib futbolçunun əlinə dəydiyini, ancaq referinin penalti nöqtəsini göstərmədiyini bildirib:
"İlk qolu buraxdıqdan dərhal sonra qapımızda ikinci topu gördük. Görünür, konsentrasiyanı itirdiyimiz üçün rəqib ardıcıl 2 dəfə bizi məyus etdi. Penalti epizoduna gəlincə, həqiqətən qayda pozuntusu var idi, təkrarda da hər şey açıq-aydın görünürdü. Nə deyəsən... Bugünkü matçda bizə qarşı çox haqsızlıq oldu. Amma digər tərəfdən də düşünürsən ki, hakim də insandır, o da səhv edə bilər".
"Krılya Sovetov"un qış fasiləsinə qədər çempionatda 2 oyunu qalıb. Ramil hər iki matçın önəmli olduğunu xatırladıb: "Hər iki matç çətin olacaq. Biz yalnız öz oyunumuzu düşünməliyik. Yaxşı oynasaq da,nəticələr nə bizi, nə də azarkeşləri qane edir. Ümid edirəm ki, qarşıdakı həlledici matçlarda özümüzü bir az daha yaxşı tərəfdən göstərəcəyik".
Qeyd edək ki, Şeydayev bu gün "Krılya Sovetov"un heyətində 90 dəqiqə meydanda olub. O, 83-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Samara təmsilçisi 14 xalla 13-cü pillədədir.
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?