Libertadores Kubokunun finalında dünən gecə "River Pleyt" və "Boka Xuniors" arasında keçirilməli olan cavab matçı təxirə salınıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, buna yerli azarkeşlərin "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum çəkmələri səbəb olub. Hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, bir neçə şüşəsi sındırılıb.
Fanatları sakitləşdirməkdə çətinlik çəkən polislər gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar. Qaz isə sınıq pəncərələrdən avtobusun içinə daxil olub və bəzi futbolçular zəhərləniblər. Hətta onlardan bəzilərinin qusduğu bildirilir.
Qonaq komandanın baş katibi Kristian Qribauldonun sözlərinə görə, bəzi oyunçular isə şüşə qırıqları dəydiyi üçün xəsarət alıblar. Bundan sonra klub prezidentləri görüşərək, qarşılaşmanın vaxtının bu günə keçirilməsini xahiş ediblər.
Qeyd edək ki, "River Pleyt" - "Boka Xuniors" oyunu bu gecə, Bakı vaxtı ilə 00:00-da başlayacaq. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatmışdı. Onu da əlavə edək ki, həmin görüş də leysan səbəbindən bir gün sonra keçirilmişdi.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur