Proqnozsevərlərin ən çox sevdiyi, gərgin "iş başında" olduğu günlərdən biridir. Onar üçün dünyanın müxtəlif nöqtələrində oynanılan 400-ə yaxın qarşılaşmaya mərc etmək imkanı var. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" bu gün öz müştərilərinə 363 matç təklif edir. Bu görüşlərdən 100-dən artığına canlı, 45-nə isə həm canlı, həm də "təkli" mərc etmək olar. Günün maraqlı görüşlərindən bir neçəsini diqqətinizə çatdırırıq.
"Atletiko Madrid" - "Barselona" (kod 107, saat 23:45)
La Liqanın lideri "Barselona" cəmi 1 xal qabaqladığı "Atletiko"nun qonağı olacaq. Madrid klubu qalib gələcəyi halda zirvəni ələ keçirə bilər, bir şərtlə ki, 2-ci sıradakı "Sevilya" da bu tur xal itirsin. Dieqo Simeonenin komandasının arxada qalan 12 turda cəmi 1 məğlubiyyəti var ki, onun üstündən 3 aya yaxın vaxt keçir (1 sentyabrda "Selta"ya məğlubiyyət). "Barsa" isə ötən tur doğma "Nou Kamp"da "Betis"ə uduzub (3:4). Statistikada digər maraqlı məqamlar da var. Məsələn, "Atletiko" La Liqada "Barsa" üzərində sonuncu ev qələbəsini 8 il əvvəl qazanıb. Amma ötən müddətdə 2 dəfə Çempionlar Liqasında katalonları öz meydanında məğlub edə bilib (2014-də 1:0, 2016-cı ildə 2:0). Axşamkı matçda "Atletiko"da zədə səbəbindən Dieqo Qodin oynamayacaq. "Barselona"da isə Rakitiç cəzalı, Vermalen və Koutinyo zədəlidir. "Topaz"da La Liqa "nəhəngləri"nin bu dəfəki qarşılaşmasına həm canlı, həm də "təkli" mərc etmək olar. Əmsallar: "Atletiko"nun qələbəsi 3.00, heç-heçə 3.20, "Barselona"nın qələbəsi 2.20.
"Tottenhem" - "Çelsi" (kod 100, saat 21:30)
Həmişəki kimi bu dəfəki London derbisi də maraqla gözlənilir. Prinsipial rəqiblər hazırda turnir cədvəlində qonşudur. "Çelsi" 28 xalla 3-cü, bir xal az toplayan "Tottenhem" isə 4-cü yerdədir. "Zadəganlar" "Mançester Siti" və "Liverpul"la yanaşı bu mövsüm premyer liqada uduzmayan 3 komandadan biridir. "Tottenhem" isə son 4 oyunun hamısını udub. Bu tərəflərin 152-ci dueli olacaq. İndiyə qədərki oyunların 48-də "Tottenhem", 66-da isə "Çelsi" qalib gəlib. 37 duel "sülh"lə bitib. "Çelsi"də axşamkı matç ərəfəsində ciddi itki olmasa da, "Tottenhem"də vəziyyət fərqlidir. Dembele, Yanssen və Sançes zədə səbəbindən heyətdə olmayacaq. "Topaz"da London derbisinə bu əmsallarla mərc edə bilərsiz: "Tottenhem"in qələbəsi 2.70, heç-heçə 3.20, "Çelsi"nin qələbəsi 2.40.
Bu görüşlərlə yanaşı "Topaz"da "Udineze"-"Roma" (saat 18:00), "Mayns"-"Borrusiya Dortmund" (saat 18:30), "Mançester Yunayted" - "Kristal Pelas" (saat
19:00), "Kan"-"Monako" (saat 23:00) və digər oyunlara da "təkli" mərc etmək mümkündür. Həftəsonu istirahəti qazancla başa vurmaq istəyirsinizsə, intuisiyanıza güvənərək "Topaz"da mərc edin. Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!