Futbol üzrə milli komandamız bu axşam tarixinin ən vacib oyunlarından birinə çıxacaq. UEFA Millətlər Liqasında səfərdə Kosova ilə qarşılaşacaq yığmamız üçün oyunun nəticəsi hava-su kimi əhəmiyyətlidir.
Millimiz qalib gələcəyi halda qrup qalibi olacaq, həm də gələn il keçiriləcək yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Heç-heçə isə Kosova millisini pley-offa çıxaracaq. Vaciq oyun ərəfəsində komandamızın heyətində bir dəyişiklik var. Qapıda zədəli Kamran Ağayevi "Neftçi"nin qolkiperi Səlahət Ağayev əvəzləyəcək. Pavel Paşayevin oynayacağına isə matça az qalmış qərar veriləcək. Azərbaycan üçün taleyüklü bu qarşılaşma saat 23:45-də başlayacaq. Görüşü farnsalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da həm canlı, həm də "təkli" mərc etmək olar.
Əmsallar: Kosovanın qələbəsi 1.75, heç-heçə 3.30, Azərbaycanın qələbəsi 4.55.
Kosova-Azərbaycan matçı ilə yanaşı, "Topaz"ın bu günkü proqramında 14 "təkli" oyun yer alıb. Canlı mərc edə biləcəyiniz görüşlərin sayı isə 30-dur. Ümumilikdə "Topaz" bu gün öz müştərilərinə mərc etmək üçün 80 matç təklif edir. Onların arasında bizim yığmanın oyunundan başqa Millətlər Liqasının həlledici xarakter daşıyan daha 2 dueli də var. B divizionunun 2-ci qrupunda İsveç yığması Rusiyanı qəbul edəcək. 3 oyundan 7 xalı olan şimal qonşumuzu bu görüşdə heç-heçə də qane edir. Hesabında 4 xalı olan İsveç millisinə isə yalnız qələbə lazımdır. Bu komandalar arasında indiyədək keçirilən 6 oyundan yalnız birində skandinavlar qalib gəlib. Bu da 1994-cü iln dünya çempionatında baş verib. Qalan 5 matçın 2-sində ruslar güclü olub, 3-ündə isə qalib müəyyənləşməyib. həmçinin bu 5 qarşılaşmanın hamısı "alt" bitib. Görək, bu statistika axşam Stokholmdakı növbəti dueldə də təsdiqini tapacaqmı? "Topaz"da bu matça həm "təkli", həm də canlı mərc edə bilərsiz.
Əmsallar: İsveçin qələbəsi 1.80, heç-heçə 3.00, Rusiyanın qələbəsi 3.85.
Final xarakterli daha bir oyun C divizionunun 1-ci qrupunda, Qlazqoda keçiriləcək. Hərəyə 6 xal toplamış Şotlandiya ilə İsrailin duelində qalib tərəf qrup lideri kimi növbəti raunda vəsiqə alacaq. Tərəflər arasındakı ilk oyunda İsrail yığması 2:1 hesablı qələbə qazandığından axşamkı görüşdə onları heç-heçə də qane edir. Amma maraqlı odur ki, bu komandalar heç-heçə sevən deyil. Belə ki, Şotlandiya ardıcıl son 10, İsrail isə 11 matçdır heç-heçə oynamır. Bu seriyanın axşam davam edib-etməyəcəyini qarşılaşma bitincə biləcəyik.
"Topaz"ın bu "mini-final" üçün müəyyənləşdirdiyi əmsallar belədir: Şotlandiyanın qələbəsi 1.60, heç-heçə 3.25, İsrailin qələbəsi 4.55.
Milli komandalar üçün ilin son böyük futbol gecəsindən "Topaz"la zövq alın. Həyəcan həyəcan qatın, intuisiyanıza güvənin və qazanın.
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!