Gürcüstan millisi və "İnter"in (indiki "Keşlə") sabiq hücumçusu Baçana Sxadadze futbolçu karyerasını başa vurub.
Qol.az-ın xəbərinə görə, bu barədə 31 yaşlı futbolçu yerli mətbuata açıqlamasında məlumat verib. O, son vaxtlar aldığı çoxsaylı zədələrə görə karyerasını bitirmək qərarına gəldiyini söyləyib:
"Əvvəlki formamı heç cür bərpa edə bilmirdim. Hər şeyə zədələr səbəb oldu. Bu da daim psixoloji problem yaradırdı. Belə şeylər futbolda baş verir. Əlbəttə, 31 yaşında futboldan getmək təəssüflü məqamdır. Ən azı 35 yaşıma qədər oynamaq istəyirdim".
Baçana futbolda atası Kaxaber Sxadadzenin sayəsində irəli getdiyini etiraf edib: "Atam kimi istedadlı deyildim. O, məndən qat-qat güclü futbolçu olub. Onun kimi güclü futbolçu ola bilmədim. Futbolda nə qazanmışamsa, atamın sayəsində olub. İdman həyatımda daim onun dəstəyini hiss etmişəm. Atamın rəhbərliyi altında da oynamışam".
Qeyd edək ki, Tsxadadze 2010-2015-ci illərdə "İnter"də atasının rəhbərliyi altında çıxış edib. Gürcü hücumçu buna qədər isə "Standart" (Sumqayıt) və "Simurq" klublarının formasını geyinib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi