"Real" Solari ilə müqavilə bağlayır

"Real" Solari ilə müqavilə bağlayır
DÜNYA FUTBOLU 13 Noyabr 2018 / 16:28 2062
-  A +

“Real” müvəqqəti baş məşqçisi  Santiaqo Solari ilə müqavilə imzalamaq qərarına gəlib.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı məlumata görə, “kral klubu” müqaviləni artıq İspaniya Futbol Federasiyasına göndərib. Argentinalı mütəxəssislə 2020-ci ilin iyun ayına qədər sözləşmə imzalanacağı gözlənilir.

Qeyd  edək ki, 42 yaşlı çalışdırıcı Madrid təmsilçisinə Solarinin rəhbərliyi altında 4 qarşılaşmaya çıxıb. Komanda bu qarşılaşmaların hər birində qalib gəlib və rəqib qapılarına ümumilikdə 15 qol vurub. Bu isə 116 yaşlı klubun tarixində ən yaxşı göstəricidir.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner