"Real" bu gün Santyaqo Solarinin komandanın baş məşqçisi təyin olunduğunu elan edəcək.
Qol.az-ın xəbərinə görə, bu barədə "Marca" nəşri məlumat yayıb. S.Solarinin bu mövsümün sonuna kimi komandanı çalışdıracağı vurğulanıb. La Liqanın reqlamentinə əsasən, məşqçi səlahiyyətlərini müvəqqəti yetirən şəxs iki həftədən çox komandaya rəhbərlik edə bilməz. Buna görə də bu gün Solari ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, “Real” Solarinin rəhbərliyi altında çıxdığı 4 oyunun hamısında qələbə qazanıb.
Xatırladaq ki, "Real" oktyabrın 30-u baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib. Bundan sonra məşqçi səlahiyyətləri müvəqqəti olaraq S.Solariyə tapşırılıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu