Fatih Terim neçə oyunluq cəzalanacaq?

Fatih Terim neçə oyunluq cəzalanacaq?
DÜNYA FUTBOLU 6 Noyabr 2018 / 19:59 3687
-  A +

“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılacağı dəqiqləşib.

Qol.az-ın “goal.com”a istinadən yaydığı xəbərə görə, Türkiyə Superliqasının son turunda “Fənərbaxça” ilə oyundan (2:2) sonra baş hakim Fırat Aydınusu təhqir edən çalışdırıcı Peşəkar Futbol İntizam Komitəsinə  (PFDK) cəlb olunub.

İntizam təlimatına görə, Terimi 3-7 oyunluq cəza gözləyir. Bu isə o deməkdir ki, 65 yaşlı mütəxəssis Superliqanın 14-cü turunda “Beşiktaş”la keçiriləcək derbi matçında texniki zonada olmayacaq.

Qeyd edək ki, F. Terimin “Fənərbaxça” ilə oyundan sonra görüşün baş hakimi Fırat Aydınusun üzünə tüpürdüyü də iddia olunur.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord