Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Barselona"nı qəbul edəcək "İnter" bu oyununun bilet satışından rekord gəlir əldə edib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Milan təmsilçisi sözügedən matç üçün satılan 73 min 500 min bilet satışından ümumilikdə 5.8 milyon avro qazanıb. Bu isə İtaliya futbolu üçün rekord göstəricidir.
Bundan əvvəl ən çox "Roma" ötən mövsüm ÇL-in yarımfinalında "Liverpul"la görüşdə bilet satışından 5.2 milyon avro əldə etmişdi. Həmçinin ötən mövsüm "İnter" - "Yuventus" oyununda eyni məbləğ yığılıb.
Qeyd edək ki, "İnter" - "Barselona" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”