"Trabzonspor" futbolçusu Burak Yılmazı cəzalandırıb.
Qol.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Ahmet Ağaoğlu "NTV"yə açıqlamasında deyib. O, türk hücumçunun "Bursaspor"la matçda azarkeşlərə qarşı etdiyi hərəkət səbəbindən cəzalandırıldığını bildirib: "Burak Yılmazı 500 min türk lirəsi məbləğində cərimələdik. O, müqavilə ilə bu kluba məxsusdur. Bundan sonra baş məşqçimiz Ünal Karaman Burakın oynayıb-oynamayacağına qərar verəcək".
Qeyd edək ki, B.Yılmaz "Bursaspor"la görüşdə əvəzlənən zaman azarkeşlərin narazılığı ilə qarşılaşmışdı.Bundan sonra o, əl-qol hərəkətləri ilə tribunalara reaksiyasını göstərmişdi.
Xatırladaq ki, "Trabzonspor"un B.Yılmazla müqaviləni ləğv edə biləcəyi iddia olunurdu.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”