"Tottenhem"in baş məşqçisi Maurusio Poçettino "Real"ı çalışdırmaqdan imtina edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis Madrid klubunun illik 15 milyon funt sterlinq qazanacağı təklifi müsbət cavablandırmayıb. O, ən azı mövsümünün sonuna kimi İngiltərə təmsilçisində qalacağını bildirib.
Qeyd edək ki, "Real" ötən həftə baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib. Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq Santyaqo Solari yerinə yetirir.
Xatırladaq k, bundan əvvəl "Çelsi"nin sabiq çalışdırıcısı Antonio Konte Madrid klubunun təklifini rədd etmişdi.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”