"Borussiya" ölümdən döndü - Madriddə

"Borussiya" ölümdən döndü - Madriddə
DÜNYA FUTBOLU 6 Noyabr 2018 / 11:15 5974
-  A +

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda bu gün "Atletiko"nun qonağı olacaq "Borussiya" Madrid səfəri zamanı xoşagəlməz hadisə ilə üzləşib.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Dortmund klubunu aparan təyyarə İspaniya paytaxtına eniş zamanı qəzaya uğraya bilərmiş. Buna səbəb isə həmin vaxt eniş zolağına qəflətən başqa təyyarənin girməsi olub. Bunu görən pilotlar toqquşmadan yayınmaq üçün təyyarəni yenidən havaya qaldırıblar. Onlar yalnız ikinci cəhddə hava gəmisini aeroporta endirə biliblər ki, bu da təxminən 30 dəqiqə gecikməyə səbəb olub. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, "Atletiko" - "Borussiya" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord