"Qrupda 3 və 4-cü oyunlar lideri müəyyənləşdirən matçlardır. Ona görə də "Şalke" ilə qarşılaşma olduqca önəmlidir".
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun "Şalke" ilə səfər oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib. Bu gün keçiriləcək görüşlə bağlı fikirlərini açıqlayan təcrübəli mütəxəssis heyətdə zədəli futbolçuların çox olmasından gileylənib:
"Bu qədər zədəli oyunçunun olması heyəti qurmaqda çətinlik yaşadır. Çempionlar Liqası kimi yüksək səviyyəli bir turnirdə oynayırınızsa, meydana daxil olanla çıxan futbolçu arasında ciddi fərq olmamalıdır. Ancaq təəssüf ki, bu mövsüm komandada 7-8 zədəlimiz var ki, bunlar heyətin 40 faizini təşkil edir. Məsələyə müsbət tərəfdən yanaşsaq isə 2-3 futbolçumuz zədəsini sağaldıb, sıraya qayıtdı".
Terim bu gecə məğlub olacaqları halda 2-cilik şanslarının azalacağını vurğulayıb: "Şalke" yaxşı komandadır. Domeniko Tedesko kimi gənc və iddialı baş məşqçiləri var. Məncə, o, gələcəkdə daha da yaxşı mütəxəssis olacaq. Sürətli rəqiblə oynayacağıq. Aramızdakı yeganə fərq odur ki, biz bir neçə gün öncə derbi oynadıq, onlar oynamadılar. "Şalke"nin 5, bizim 4 xalımız var. Onlar uduzsalar belə, 2-cilik şansları davam edəcək. Yox, əgər biz məğlub olsaq, onda şansımız azalacaq. Bərabərlik qeydə alınarsa, hər şeyə son turda aydınlıq gələcək".
Qeyd edək ki, "Şalke" - "Qalatasaray" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq. İstanbul klubu qrupda 3-cü, almanlar isə 2-ci pillədədir.
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?
Vozinya Messinin komanda yoldaşı ola bilər
DÇ-2026-nın iştirakçısı olan futbolçu dünyasını dəyişdi
Əvəzedicilər Liqasında növbəti mövsüm bu tarixdə başlayacaq
"Karvan-Yevlax"dan getdi
“Azərbaycan çempionatı gözlənilməzdir”
Razılıq əldə olundu, “Real”da qalır
"Atletiko" Danimarka millisinin üzvünü transfer etdi
“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
Fransa millisinə şad xəbər
"Mançester Siti" 17 yaşlı futbolçu transfer etdi
Kurt Zuma BƏƏ klubunda
FİFA milyonlar qazanacaq - Qazon satışından!
20 yaşlı oyunçu dünyasını dəyişdi
Bakıda IBA Çempionlar Gecəsi keçirilib
UEFA-nın yenilənən reytinqi - Klublarımız neçəncidir?
Skaloni: "Fransa - İspaniya oyunu erkən finaldır"
Kabo-Verde millisinin oyunçusundan maraqlı açıqlama
İspaniyanı yarımfinala aparan qələbə - Video
İspaniya - Belçika oyununun ən yaxşısı müəyyənləşdi
Yamal rekorda imza atdı
Yarımfinalın ilk cütü müəyyənləşdi - DÇ-2026
DÇ-2026: İspaniya yarımfinala yüksəldi