Qriqorçukla bağlı yeni iddia

Qriqorçukla bağlı yeni iddia
DÜNYA FUTBOLU 5 Noyabr 2018 / 17:36 5595
-  A +

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk Polşanın “Lex” klubunun sükanı arxasına keçə bilər.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, “Astana”dan ayrıldığı iddia edilən mütəxəssisin Poznan təmsilçisində baş məşqçi vəzifəsinə əsas namizəd olduğu bildirilir.

Qeyd edək ki, Qriqorçukun avqust ayında “Astana”dan şəxsi işlərinə görə ayrıldığı bildirilsə də, onun klub rəhbərliyi ilə aralarındakı fikir ayrılğına görə postunu tərk etdiyi iddia olunur. Ukraynalı mütəxəssis hazırda vəkillər vasitəsilə Qazaxıstan klubu ilə müqaviləsini pozmağa çalışır.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord