Şakiri Serbiyaya aparılmadı - siyasi məsələyə görə

Şakiri Serbiyaya aparılmadı -  siyasi məsələyə görə
DÜNYA FUTBOLU 5 Noyabr 2018 / 16:52 2721
-  A +

“Liverpul”un futbolçusu Cerdan Şakiri Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda sabah “Srvena Zvezda” ilə keçiriləcək oyun üçün Serbiyaya aparılmayıb.

Qol.az-ın xəbərinə görə, bunu komandanın baş məşqçisi Yurgen Klopp klubunun saytına açıqlamasında deyib. Almaniyalı mütəxəssis alban əsilli yarımmüdafiəçini Serbiya - Albaniya münaqişələrinə görə, səfərə aparmadıqlarını deyib:

“Şakirini Serbiyada nələrin gözlədiyi haqda bəzi şeylər eşitmişik. Heç bir siyasi bəyanat vermirik. Biz diqqət mərkəzində futboldan başqa bir şeyin olmadığını göstərmək istəyirik”.

Qeyd edək ki, İsveçrə millisinin üzvü olan Şakini DÇ-2018-də Serbiya ilə oyunda qol vurduqdan sonra Albaniyanın müstəqillik rəmzi olan qartal işarəsini göstərmişdi. Bu hərəkətə görə FİFA onu 7,5 min avro cərimələnmişdi.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord