Arşavin Qazaxıstan klubundan ayrıldı

Arşavin Qazaxıstan klubundan ayrıldı
DÜNYA FUTBOLU 5 Noyabr 2018 / 15:28 2394
-  A +

Rusiya millisinin sabiq üzvü Andrey Arşavin Qazaxıstanın "Kayrat" klubundan ayrılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qazaxıstan Premyer Liqasının 33-cü  turunda "Şaxtyor"la (Karaqanda) keçiriləcək oyunda 37 yaşlı hücumçu üçün vida mərasimi təşkil edəcək. Arşavin cəzalı olduğundan bu qarşılaşmada iştirak edə bilməyəcək.

Qeyd edək ki, 2016-cı ildən "Kayrat"da çıxış edən Arşavin 100 oyuna 30 qol vurub. O, bu mövsüm Qazaxıstan çempionatının gümüş medalını qazanıb.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord