Runi 2 ildən sonra milliyə qayıdır

Runi 2 ildən sonra milliyə qayıdır
DÜNYA FUTBOLU 4 Noyabr 2018 / 17:30 3437
-  A +

ABŞ-ın “Di Si Yunayted” klubunun futbolçusu Ueyn Runi yenidən İngiltərə milli komandasına çağırılacaq.

Qol.az-ın “The Sun”a  istinadən yaydığı xəbərə görə, 33 yaşlı hücumçu noyabrın 15-də “Uembli”də  ABŞ-la keçiriləcək yoxlama oyununa dəvət alacaq.

Bununla da Runi iki ildən sonra millidə meydana çıxmaq imkanı qazanacaq. Onun matça kapitan kimi çıxması gözlənilir.

Qeyd edək ki, İngiltərə millisində 119 oyuna 53 qol vuran Runi yığmanın tarixində ən yaxşı bombardirdi. O, sonuncu dəfə 2016-cı il noyabrın 11-də Şotlandiya ilə DÇ-2018-in seçmə oyununda (3:0) millinin heyətində meydana çıxıb.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord