FİFA prezidenti Canni İnfantino ilə bağlı şok iddia ortaya atılıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onun UEFA-da baş katib vəzifəsində çalışdığı vaxt maliyyə feyr-pley qaydalarını pozan “Mançester Siti” və PSJ-yə mümkün cəzadan yayınmaq üçün yardım etdiyi bildirilib.
“Football Leaks” saytının araşdırmasına görə, Yaxın Şərqin ən zəngin iş adamlarının sahib olduğu hər iki klubda 2011-2013-cü illərdə ciddi büdcə açığı aşkarlanıb. PSJ sözügedən illərdə Qətərin Turizm Nazirliyi ilə bağlanmış sponsorluq müqaviləsinə əsasən, illik 215 milyon avro gəlir götürüb. UEFA mütəxəssisləri isə anlaşmanın real bazar qiymətini cəmi 2,8 milyon avro olaraq dəyərləndiriblər.
“Mançester Siti”nin isə 2011-2013 aralığında illik zərəri 233 milyon avro təşkil edib. Bu isə UEFA-nın kluba qoyduğu 45 milyonluq limitdən 5 dəfə çox olub. İnfantinonun hər iki klubun pozuntularından xəbərdar olduğu iddia olunur.
Qaydalara əsasən, hər iki komanda Çempionlar Liqasından kənarlaşdırılmalıymış. Fransızların cəzadan yayınmasına UEFA-nın sabiq prezidenti Mişel Platini, Fransanın keçmiş prezidenti Nikolya Sarkozi və İnfantino kömək ediblər. “Mançester Siti”nin pozuntularını ört-basdır etməkdə isə təkcə qurumun sabiq baş katibinin əli olub. O, FİFA-dakı vəzifəsinə baxmayaraq, klubların maraqları üçün mübarizə aparıb. İnfantinonun klub rəhbərləri ilə görüşərək, gizli məlumatları müzakirə etdiyi və qanunsuz olaraq onlara güzəştli şərtlər təklif etdiyi iddia olunur.
Nəhayət, 2014-cü ildə PSJ və “Mançester Siti” UEFA ilə razılığa gəlib ki, bunun da klublara heç bir mənfi təzyiqi olmayıb. Qısa müddətdən sonra isə hər iki klubla bağlı araşdırma aparan maliyyə feyr-pley komitəsinin rəhbəri şotlandiyalı Brayan Kuinn öz vəzifəsindən ayrılıb.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Azərbaycan millisi Şotlandiyaya qarşı
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”