Syomin kitab yazdı

Syomin kitab yazdı
DÜNYA FUTBOLU 1 Noyabr 2018 / 20:30 1698
-  A +

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda Rusiyanın “Lokomotiv” klubunu çalışdıran Yuri Syomin kitab yazıb.

Qol.az-ın xəbərinə görə,  "Lokomotiv”. Kürsüyə qayıdış” kitabının təqdimat mərasimi noyabrın 8-də Rusiyanın paytaxtı Moskvadakı "Oxu-şəhər” mağazasında olacaq.

Kitabda Moskva klubunun 3 çempionluğu zamanı keçdiyi yoldan bəhs edilir. Syomin məşqçilik karyerasının ən mühüm mərhələlərini öz kitabında xatırlayıb.

Qeyd edək ki, Syomin “Lokomotiv”i üç dəfə - 2002, 2004-cü ildə və ötən mövsüm Rusiya çempionu edib.

Xatırldaq ki, 71 yaşlı mütəxəssis 2013/2014 mövsümündə "Qəbələ”də çalışıb.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord