Lippi Çin millisindən ayrılır

Lippi Çin millisindən ayrılır
DÜNYA FUTBOLU 1 Noyabr 2018 / 17:44 1535
-  A +

Çin millisinin baş məşqçisi Marçello Lippi komandanı tərk etməyə hazırlaşdığını açıqlayıb.

Qol.az-ın məlumatına görə, italiyalı mütəxəssis “Corriere dello Sport”a müsahibəsində gələn ilin yanvar ayında vəzifəsindən ayrılacağını bildirib. Lippi yerli federasiyanın ona daha 4 illik müqavilə təklif etdiyini, ancaq bunu qəbul etmədiyini deyib:

“Mənə evə getmək lazımdır. Bir müddət vaxtımı evdə keçirməliyəm. Enerji yığmalıyam ki, daha böyük həvəslə işə başlayım. Klublarda işləməkdən birdəfəlik qurtardım. Avropada milli komandalarda, yaxud da Birləşmiş Ərəb Əmirlikləri yığmasında işləyə bilərəm”.

Qeyd edək ki, 70 yaşlı məşqçi 2016-cı ildən Çin millisini çalışdırır.

Xatırladaq ki, Lippi 2006-ci ildə baş məşqçisi olduğu İtaliya millisi ilə dünya çempionu olub. O, "Yuventus"da işlədiyi dönəmdə isə Turin təmsilçisini 5 dəfə ölkə çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi edib. Lippi "Napoli", "İnter" və "Atalanta" kimi klubları da çalışdırıb.

Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord